Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sanksiyalar Huawei-i məcbur etdi - Smartfon istehsalı yarıya endirilir

Sanksiyalar Huawei-i məcbur etdi - Smartfon istehsalı yarıya endirilir

Tarix: 23 Fevral 2021 23:52

Bəlkə də, Bayden vəziyyəti yüngülləşdirəcək?

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Huawei-yə qarşı 2019-cu ilin mayında ticarət sanksiyaları tətbiq edir. O vaxtdan bəri bir çox hadisə baş verib.

Şirkət öz törəməsi olan Honor kompaniyasından "qurtuldu", ABŞ-da isə dövlət başçısı dəyişdi. Lakin Çinin İT nəhənginin problemi dəyişməz olaraq qaldı. Məsələn, Huawei-in istehsal proqramını 60% azaltdığı məlum olub.

TED.az xəbər verir ki, Nikkei Asian Review-a görə, şirkət artıq istehsalçılara "ağıllı" telefon sifarişlərinin həcmini bu il 70-80 milyon endirəcəyi barədə xəbərdarlıq edib.
Müqayisə üçün qeyd edək ki, ötən ildə Huawei satışa təxminən 190 milyon cihaz göndərmişdi. ABŞ-ın son sanksiyaları ilə əlaqədar Çinli istehsalçı diqqətini 4G smartfonlarının istehsalına yönəltməyə məcbur oldu. Məsələ burasındadır ki, ABŞ-ın sanksiyalarına görə, şirkətə 5G cihazlarının istehsalı üçün lazım olan komponentlərin idxalını qadağan edilir.

Milli.Az


Etiketlər:  Sanksiyalar Huawei i məcbur etdi Smartfon istehsalı yarıya endirilir


RƏYLƏR