Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 11:30
Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Koçaryana cavab verib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bir müddət öncə keçmiş Ermənistan prezidenti Robert Koçaryan Nikol Paşinyanı ittiham etmişdi. Koçaryan bəyan etmişdi ki, özü prezident olsaydı, guya Ermənistan məğlub olmayacaqdı.
Paşinyan Koçaryana cavabında bu iddianın ciddi olmadığını bildirib.
"Kim ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistana başçılıq etməyib, rahatlıqla deyə bilər ki, o prezident olsaydı, məğlub olmayacaqdıq. Kim ki, bu dövrdə prezident olmayıb, qoy danışsın ki, ölkəyə o rəhbərlik etsəydi, uduzmazdıq", - deyə Paşinyan bəyan edib.