Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 15:48
"Titanic" filminin ulduzu Keyt Uinslet verdiyi açıqlama ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Empire" jurnalına müsahibə verən aktrisa şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib. Təhsilin insan həyatında əhəmiyyətli rol oynadığını deyən Keyt bunları söyləyib:
"Özümü çox şanslı hiss edirəm. 16 yaşımda məktəbdən ayrılmaq məcburiyyətində qaldım. Təhsilimi davam etdirə bilmədim. Lakin buna baxmayaraq mən danışanda hansı sahə üzrə ali təsil aldığımı soruşurlar. Buna görə də özümü bu həyatda istisna insanlardan hesab edirəm".