Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dağlıq Qarabağda “İsgəndər" tətbiq olunmayıb” - Rusiya MN - VİDEO

“Dağlıq Qarabağda “İsgəndər

Tarix: 25 Fevral 2021 21:30

""İsgəndər" raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb".

Milli.Az bildirir ki, bunu Rusiyanın Müdafiə Nazirliyinin yetkilisi general-mayor İqor Konaşenkov deyib.

"Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir "İsgəndər" raket kompleksi tətbiq olunmayıb. - İ.Konaşenkov söyləyib. - Raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır".

İ.Konaşenkovun dediyinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər" OTRK barədə dedikləri ona yanlış məlumat verilməsi ilə bağlıdır: "Məhz bunun nəticəsində o, qeyri-dəqiq informasiyadan istifadə edib. "İsgəndər" Suriyada dəfələrlə döyüş şəraitində beynəlxalq terror qruplaşmalarına qarşı tətbiq olunub. Buna əsasən bəyan edirik ki, Rusiyada istehsal olunan "İsgəndər" raket kompleksi öz sinfində dünyanın ən yaxşısıdır. Bunu hamı etiraf edir".

İ.Konaşenkov Dağlıq Qarabağda "İsgəndər"lərdən istifadə olunmadığıın deyir. Lakin Ermənistan rəhbərliyi, erməni generallar dəfələrlə etiraf ediblər ki, Azərbaycandakı şəhərlərə və yaşayış məntəqələrinə "İsgəndər" atıblar.

Atışların videokadrlarıın da ermənilər sosial şəbəkələrdə yaymışdılar.

Milli.Az


Etiketlər:  Dağlıq Qarabağda İsgəndər tətbiq olunmayıb Rusiya MN VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ