Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' keçmişdə qalıb...''

''Barselona'' keçmişdə qalıb...''

Tarix: 27 Fevral 2021 20:54

"İnter" klubunun hücumçusu Lautaro Martinez açıqlamaları ilə diqqətləri çəkib.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 23 yaşlı forvard cari klubundan getməyi düşünmür. Argentinalı futbolçu "İnter"lə müqaviləsinin müddətini uzatmaq istəyir.

"Mən yalnız "İnter" haqda düşünürəm. Komandamla müqaviləmin uzadılmasını istəyirəm".

Martinez, "Barselona"ya transfer ediləcəyi ilə bağlı yayılan xəbərlər barədə də danışıb:

"Barselona" keçmişdə qalıb. Düzdür, transfer danışıqlarında olmuşam, ancaq mənim üçün yalnız "İnter" var. "Barselona" məsələsi bağlanıb".

Qeyd edək ki, Kataloniya təmsilçisi Suarezin Madrid "Atletiko"suna transferinin ardınca onun əvəzinə argentinalı hücumçunu sıralarına qatmaq istəyirdi.


Etiketlər:  Barselona keçmişdə qalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ