Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalıdırlar'' - VİDEO

''Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalıdırlar'' - VİDEO

Tarix: 2 Mart 2021 13:20

Hazırda rusiyalı sülhməramlıların yerləşdiyi ərazilərimizdə, Xankəndi və digər yerlərdə yaşayan Qarabağ erməniləri Azərbaycan vətəndaşları ilə eyni hüququ daşıya, mərkəzi və yerli icra orqanlarında çalışa bilərlər.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu Xankəndi və digər ərazilərimizdə yaşayan Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məsələsini şərh edən beynəlxaq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

Ekspertin sözlərinə görə, həmin ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim  Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər.

Əfsər Sadıqov deyib ki, həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmalıdır. Bütün dövlət orqanlarında kargüzarlıq Azərbaycanın dövlət dilində olmalıdır. Bundan başqa, Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanları formalaşdırılmalıdır. Bu orqanlarda erməni əsilli Azərbaycan vətəndaşları da iştirak edə bilərlər.

Qeyd edək ki, hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Qarabağ erməniləri Azərbaycan qanunlarına tabe olmalıdırlar VİDEO


RƏYLƏR