Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 17:06
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb.
QSC-dən Sonxeber.net-a bildirilib ki, sənədə əsasən, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri QSC-nin Teleradio Akademiyasının tələbələrinə, jurnalistlərə, həmçinin Azərbaycanda media sahəsində fəaliyyət göstərən texniki işçilərə onlayn treninqlər keçəcək.
2021-ci il 8-19 mart tarixlərində keçiriləcək treninqləri Sivas Cümhuriyyət Universitetinin Jurnalistika fakültəsinin koordinatorluğu ilə Universitetin Daimi Tədris Mərkəzi reallaşdıracaq.
Tədris proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.
Onu da bildirək ki, Sivas Cümhuriyyət Universitetinin mütəxəssisləri və AzTV-nin əməkdaşlarından ibarət yaradıcı qrup tərəfindən Qarabağ bölgəsində sənədli filmin çəkilişləri də nəzərdə tutulub.