Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2021 09:54
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,95 ABŞ dolları və ya 4,6% artaraq 67,7 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) - 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.