Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boru partladı, günlərdir içməli su küçəyə axır - VİDEO

Boru partladı, günlərdir içməli su küçəyə axır - VİDEO

Tarix: 5 Mart 2021 15:04

Boru partladı, günlərdir içməli su küçəyə axır

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Nəsimi rayon ərazisində bir neçə gündür içməli su ətrafa axır. Buna səbəb isə istismar müddəti bitən borunun partlamasıdır. Yoldan istifadə edən piyadalar və yaxınlıqdakı mağaza sahibləri deyirlər ki, əslində bu problem uzun illərdir yaşanır. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin boru yenisi ilə əvəz olunacaq.

Boru partlayıb, içməli su piyada səkisinə axır.

Yoldan keçən piyadalar və mağaza sahibləri deyirlər ki, onlar tez-tez belə problemlə üzləşirlər. Ətrafa axan su hətta yaxınlığdakı binanın həyətinə qədər gedib çıxır.

"Azərsu" Açıq Səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı "Xəzər Xəbər"ə bildirdi ki, həmin ərazidən keçən və sovet dövründə çəkilən borunun istismar müddəti başa çatdığından dəyişdiriləcək.
Bununla bağlı Nəsimi Su Kanal İdarəsi tərəfindən həmin xəttin eskiz layihəsi də hazırlanıb.


Etiketlər:  Boru partladı günlərdir içməli küçəyə axır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ