Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2021 17:34
Türkiyənin paytaxtı Ankarada Bitlisdəki hərbi helikopter qəzasında şəhid olan 11 hərbçinin cənazə mərasimi keçirilib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan şəhidlərin ailələrinə, xalqa, orduya başsağlığı verib, onlara səbr diləyib.
Türkiyə Prezidenti deyib ki, Vətən, din uğrunda şəhidliyə yüksəlmək ən uca məqamdır, tanrı bu, məqamı hər kəsə nəsib etmir.
Daha sonra cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub, onlar son mənzilə yola salınıb.
Xatırladaq ki, dünən baş vermiş qəzaya ilkin səbəb kimi hava şəraiti göstərilib. Həlak olanlar arasında general Osman Erbaş Paşa da var.