Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 12:16
Britaniyanın "Rolls-Royce" şirkəti "Spirit Of Innovation" təyyarəsinin sınaqlarını keçirib. Onun dünyanın ən sürətli elektrik mühərrikli təyyarəsi olacağı gözlənilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, dünya rekordunun bu ilin yazında müəyyən edilməsi planlaşdırılır. Təyyarə 482 km/saat sürət həddini aşmalıdır. Bu, Siemens Extra 330LE cihazının 2017-ci ildə imza atdığı rekorddan üçdə bir dəfə çoxdur.
Ən yeni "Spirit Of Innovation" təyyarəsində gücü 400 kVt (500 at gücü) olan güc qurğusu quraşdırılıb. Bu, ona lazımi sürətə çatmasında kömək etməlidir.