Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 15:14
Karantin rejimi yumşalan kimi yoluxma halları çoxalır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bəzi insanlar yumşalmadan istifadə edərək qadağalara ciddi əməl etmirlər. Üstəlik, qarşıdan Novruz bayramı gəlir və insanlar yaxınları ilə bayramlaşmaq üçün qonaq gedəcəklər. Belə olduqda da insanlar arasında yaxın təmas halları artacaq və virusa yoluxma riski də qaçılmaz olacaq.
Həkim Ramin Nəriman tövsiyə edir ki, bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. Yaxşı olardı ki, insanlar qonaq getməkdən çəkinsin, həmçinin qapalı məkanlara çox meyil etməsinlər.