Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 21:16
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 64 nəfər vəfat edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "covid19.saglik.gov.tr" portalında məlumat yayılıb.
Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 770 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7291, ağır xəstələr isə 1230 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 769 230 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 616 139 nəfər sağalıb, 28 965 nəfər isə həyatını itirib.