Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 12:50
Şəkərli diabet xəstələri mütləq qaydada "COVID-19" peyvəndi vurdurmalıdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi bildirib.
Onun sözlərinə görə, vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində koronavirus xəstəliyi də normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir:
"Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, "COVID-19"un ölüm satatistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir".