Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-nın baş katibi əlbəyaxa dava haqda

AFFA-nın baş katibi əlbəyaxa dava haqda

Tarix: 26 Aprel 2019 15:40

AFFA-nın baş katibi Elxan Məmmədov ötən il bir sürücünü döydükləri üçün həbs olunan rus futbolçular Aleksandr Kokorin və Pavel Mamayev barədə fikirlərini açıqlayıb.

Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, rusiyalı jurnalistlərlə söhbətində o, bir müddət əvvəl Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyevin də bənzər hadisə ilə üzləşdiyini xatırladıb: “O, belə emosional hərəkətlərə yol verməməlidir. Ortada Kokorin və Mamayevin üzləşdiyi acı bir nümunə var”.

Jurnalistlərdən birinin “Azərbaycanda belə bir hal mümkündürmü” sualına cavab olaraq Elxan Məmmədov deyib: “Xoşbəxtlikdən bənzər hadisə yaşanmayıb. Hesab edirəm ki, onların üzləşdiyi olay fərdi məsələdir. Belə hadisənin o cür futbolçuların başına gəlməsi təəssüf doğurur. Bu oyunçulara uşaqlar baxır. Bizdə də Rusiya millisinin  azarkeşi çoxdur. Arzu edərdim ki, həmin futbolçular üçün qara zolaq tezliklə başa çatsın. Amma bu problemi onlar özləri yaradıblar”.

 


Etiketlər:  AFFA nın baş katibi əlbəyaxa dava haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ