Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2021 16:27
Kişilər bizim, biz də onlar üçün deyirik, siz bizim başımızın tacısınız. Mənim üçün müdrik qadın fikrini yoldaşına sakit ötürəndir. Elə deməlidir ki, qəbul etsin.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Gün başladı" proqramında deyib. Aktrisa qadınlardan bəhs edərkən bunları əlavə edib:
"Qadın müdrik, evin içini tənzimləyən olmalıdır. Kişi küçədədir. Evin içində ağa, xanım, xatun qadındır. Gülərüzlə qapını açmaq birinci şərtdir. Nə problem olsa da, qadın qapını gülərüzlə açmalıdır. Kişini yedizdirib, doyuzdurub, sonra problemini deməlisən. Acqarnına heç nə deməyin. Ailədə hüzuru yaradan ilk növbədə qadındır. Yanaşmasını bütün problemlərə, yaşananlara düz etsə, həyatı tarazlamaq olar".