Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə ikinci orta məktəb koronavirusa görə bağlandı

Gəncədə ikinci orta məktəb koronavirusa görə bağlandı

Tarix: 9 Mart 2021 22:26

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.

Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib.

Milli.Az


Etiketlər:  Gəncədə ikinci orta məktəb koronavirusa görə bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ