Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngilanda ölmüş balıqlar - Ermənilərin növbəti cinayəti

Zəngilanda ölmüş balıqlar - Ermənilərin növbəti cinayəti

Tarix: 10 Mart 2021 11:24

İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.

Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir.


Etiketlər:  Zəngilanda ölmüş balıqlar Ermənilərin növbəti cinayəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ