Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni məlumat ötürmə sistemi USB-dən 10 dəfə daha sürətlidir

Yeni məlumat ötürmə sistemi USB-dən 10 dəfə daha sürətlidir

Tarix: 10 Mart 2021 11:33

Amerikalı alimlərin yeni texnoloji hazırlaması məlumat mərkəzlərinin enerji səmərəliliyini yüksəldəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, tədqiqatçılar tərəfindən hazırlanmış sistem məlumatları USB-dən 10 dəfə daha sürətli ötürməyə imkan verir. Yeni qurğu yüksək tezlikli silisium çiplərini saç qalınlığında olan polimer kabellə birləşdirir. Sistem məlumatların işlənməsi mərkəzlərinin enerji səmərəliliyini yüksəldə və peyklərin işini azalda bilər.

 

Alimlər bildiriblər ki, xüsusilə distant iş rejimində məlumatların ani mübadiləsinə böyük ehtiyac var. "Biz kompüter çipləri arasında informasiya mübadiləsi üzrə "partlayış" müşahidə edirik". USB və ya HDMI kabellərdə misdən istifadə edilib. Bu, xüsusilə böyük yüklənmələr zamanı effektiv deyil.

 

Yeni rabitə növü həm mis, həm də fiber-optik kabellərin üstünlüklərindən istifadə edir və polimerdən hazırlandığına görə onun istehsalı ənənəvi mis kabellərlə müqayisədə daha asan və ucuz başa gəlir.

 

Emil Hüseynov




Etiketlər:  Yeni məlumat ötürmə sistemi dən dəfə daha sürətlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ