Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' PSJ-yə, ''Liverpul'' ''Leyptsiq''ə qarşı

''Barselona'' PSJ-yə, ''Liverpul'' ''Leyptsiq''ə qarşı

Tarix: 10 Mart 2021 11:34

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 1/4 final uğrunda cavab matçında "Liverpul" "Leyptsiq"i qəbul edəcək. Səfərdə bu rəqibinə 2 cavabsız qolla qalib gələn İngiltərə təmsilçisi mərhələni keçmək üçün üstünlüyə malikdir. Yurgen Kloppun komnadası pandemiya səbəbindən rəqibini Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da qəbul edəcək.

Günün digər matçında isə "Barselona" PSJ-nin qonağı olacaq. "Nou Kamp"dakı oyunda 4:1 hesabı ilə qalib gələn Paris klubu növbəti mərhələyə daha yaxındır.

10 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

00:00. "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
İlk oyun - 2:0

00:00. PSJ (Fransa) - "Barselona" (İspaniya)
İlk oyun - 4:1

9 mart

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:2

"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 2:2
İlk oyun - 3:2


Etiketlər:  Barselona Liverpul Leyptsiqə qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ