Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2019 09:16
Bakı. İlhamə İsabalayeva - Trend:
İyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.
Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.
Əlavə məlumat veriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin