Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oyun həvəskarları üçün “Nokia” smartfonu buraxılacaq

Oyun həvəskarları üçün “Nokia” smartfonu buraxılacaq

Tarix: 11 Mart 2021 11:33

Smartfon istehsalçısı “Nokia” oyun qurğuları bazarına daxil olacaq. Bu barədə “Nokiapoweruser” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta.” resursuna istinadən yazır ki, məlumatda videooyun həvəskarları üçün nəzərdə tutulacağı ehtimal edilən “Nokia G10” smartfonu sadalanır. Blogerlərin fikrincə, “Nokia G10” smartfonunun buraxılışı ilə “HMD Global” şirkəti oyun həvəskarları üçün yeni qurğular seriyasını açacaq. Buna əsas kimi isə qurğunun adı (G - gaming) göstərilir.

 

Məlumata görə, smartfon 6,4 düym diaqonallı ekran və səkkiznüvəli prosessorla təchiz ediləcək. Əsas kamera dörd obyektivə və 48 meqapikselli aparıcı sensora malik olacaq. Müəlliflərin sözlərinə görə, smartfon texniki xüsusiyyətlərinə görə “Nokia 5.4” modelinə bənzəyəcək. Jurnalistlər xatırladıb ki, 2020-ci ilin dekabrında təqdim edilən “Nokia 5.4” modeli “Snapdragon 662” çipi, 4 sensorlu kamera, 4 min milliamper/saat tutumlu kamera ilə təchiz olunub.

 

Mütəxəssislərin fikrincə, şirkət eyni anda seriyaya aid bir neçə qurğu təqdim edə bilər. Blogerlər tərəfindən Tailandın tənzimləyici orqanının bazasında “TA-1334”, “TA-1351”, “TA-1338” və “TA-1346” kod adı ilə yeni smartfonların sadalanması aşkarlanıb. Qurğuların buraxılış tarixi açıqlanmır.

 

Nizam Nuriyev




Etiketlər:  Oyun həvəskarları üçün Nokia smartfonu buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ