Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 17:08
Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15 -dən yenidən qapadılmanın olacağını deyirlər. Bununla yanaşı mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər.
Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır.
Sonxeber.net bildirir ki, bununla bağlı sonxeber.az-a AHİB- nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib. Həkim qapadılmanın zəruriliyindən danışıb:
"Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər"