Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan Ermənistana təxribat törətmək imkanı verməməlidir'' - Amerikalı analitik - ÖZƏL

''Azərbaycan Ermənistana təxribat törətmək imkanı verməməlidir'' - Amerikalı analitik - ÖZƏL

Tarix: 13 Mart 2021 10:00

"Tikinti materialları adı altında Qarabağa əsgər daşınması noyabr (10-da) ayında bağlanmış üçtərəfli razılaşmanı pozur".

Bunu Sonxeber.net-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Bakı öz təhlükəsizliyi ilə əlaqədar sərt qırmızı xətlər çəkməlidir:

"İndi ermənilər guya humanitar yardımın daşınması üçün boşluqdan istifadə edərək bölgəyə olmaları gərəkməyən mülki geyimli silahlılar gətirirlər. Ərazilərin son olaraq azad edilməsinə gətirib çıxaran aqressiv təxribatlara başladıqları kimi, İrəvan onun Qarabağda yersiz mövcudluğuna Azərbaycanın güc tətbiq edərək cavab verəcəyi halda qorunmaları üçün gözünü ruslara dikib.

Zəif və kasıb bir ölkə olaraq Ermənistan terrorizmdən və təxribatlardan istifadə edərək Moskvadan siyasi dəstək və başqalarından beynəlxalq rəğbət qazanmağa çalışırdı. Bu hal özünü 2020-ci ilin yay hadisələrində, məsələn Tovuza hücumlar zamanı, Gəncə və Bərdəyə qarşı çoxsaylı döyüş sursatlarının istifadəsində, Bakının eyni şəkildə cavab verəcəyi və Ermənistan ərazisinə hücum edəcəyi ümidi ilə və indi daha yaxşı seçim olmadığı üçün bu əsgərlərin təxribat təhdidi olaraq istifadəsi kimi özünü göstərir.

Bakı öz təhlükəsizliyi ilə əlaqədar sərt qırmızı xətlər çəkməli və onları siyasi, diplomatik təyziq və beynəlxalq əməkdaşlıq vasitəsilə tətbiq etməlidir. Daha öncə Bakı onun imicini məhv etmək məqsədi daşıyan aşkar təxribatlara boyun əyməmək, əksinə beynəlxalq normaları pozmadan ölçülü və nisbətli bir şəkildə cavab vermək üçün doğru bir hərəkət yolu seçmişdi.

Hələlik heç bir zorakılıq olmayıb və bu pozuntu ilə əlaqədar mübahisələrə başlamaq üçün heç bir səbəb yoxdur. Lakin Ermənistan mülki şəxslərə hücum etmək və ya başqa ziyan vurmaq üçün təxribatlara əl atarsa, Azərbaycan sərhədlərini və əhalisini əsassız hücumlardan qorumaq üçün müvafiq tədbirlər görmək hüququna malikdir.

İrəvan yəqin ki, birbaşa terror hücumları törətmək üçün uniformalı əsgərləri istifadə etməkdən çəkinəcək. O daha çox Azərbaycanı öz qüvvələri ilə mübahisəyə cəlb etməyə çalışmaq üçün qeyri-rəsmi şəbəkələrə güvənəcək. Bu da ona beynəlxalq aləmə güvənməyə, Bakını güzəştə getməyə və simasını qorumaq (və ya imicinin korlanmasının qarşısını almaq) üçün təzyiq göstərməyə əsas verəcəkdir.

Azərbaycan onlara bunu etmək imkanı verməməlidir və hətta asimmetrik qüvvələr tərəfindən edilən hücumlara qarşı hər hansı bir təhlükəsizlik cavabını koordinasiya etməkdə şəffaf olmalıdır. Bu arada Bakı Ermənistanı da şəffaflığın təmin edilməsinə vadar etməli və humanitar yardımın daşınması üçün hərbi personalın istifadəsini ləğv etmək üçün Moskva ilə birlikdə çalışmalıdır. Buraya bitərəfliyin təminatı üçün Qərb sülhməramlılarının iştirakı və Rus sülhməramlılarının İrəvan tərəfindən idarə olunma ehtimalının qarşısını almaq da daxil edilməlidir".

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan Ermənistana təxribat törətmək imkanı verməməlidir Amerikalı analitik ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ