Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 18:24
Antiinhisar tənzimləyiciləri "Alibaba" şirkətinə qarşı Çinin korporativ tarixində ən böyük cərimə tətbiq etməyi planlaşdırır.
Sonxeber.net "APA-Economics"ə istinadən bildirir ki, bu barədə "Wall Street Journal" mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, 2020-ci ilin sonunda Çinin Bazar Nəzarəti və Tənzimlənməsi üzrə Baş İdarəsi "Alibaba"ya qarşı antiinhisar araşdırmasına başlayıb. Şirkət, öz növbəsində, hökumətlə sıx şəkildə əməkdaşlıq etməyə hazır olduğunu və istintaqa baxmayaraq normal fəaliyyət göstərməyə davam edəcəyini açıqlayıb.
Mənbələrin sözlərinə görə, "Alibaba" tərəfindən tətbiq olunan cərimənin məbləği 2015-ci ildə haqsız rəqabətdə günahlandırılan "Qualcomm"un Çin hökumətinə ödədiyi 975 mln. dollar məbləğində olan cəriməni keçəcək.
Bundan əlavə, şirkətdən "er suan i" və ya "ikisindən birini seç" praktikasından imtina etməsi tələb olunacaq. Söhbət hər ikisi "Alibaba" tərəfindən idarə olunan "Taobao" və "Tmall" dominant elektron ticarət platformasından gedir.
Xatırladaq ki, "Alibaba Group" Çinin ən böyük internet şirkətidir. Şirkət 1999-cu ildən bəri e-ticarət sahəsində fəaliyyət göstərir. Qrupun bir neçə törəmə şirkəti və onlayn platforması mövcuddur - "Alibaba Pictures", "AliExpress", "Taobao", "Tmall".