Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mavi dənizin sehri və gözəl dəri

Mavi dənizin sehri və gözəl dəri

Tarix: 15 Mart 2021 08:24

Dəniz suyunun insan orqanizminə faydalarının olması qədimdən məlumdur. Hətta Hippokratın əlyazmalarında balıqçıların əllərində mazol olmasına baxmayaraq, dəri xəstəliklərinin olmadığı barədə qeydlər də var.
Dəniz suyunda qan plazması kimi 104 əsas elementlər və minerallar mövcuddur. Bunlar dəridəki məsamələrdən orqanizmə daxil olaraq orqanizmə müsbət təsir göstərir. Bu səbəbdən də dənizə girmək insan orqanizmi üçün faydalı bir prosedur sayılır. Dənizin suyu isti olduqda isə orqanizmə faydası qat-qat artır.
Dənizin suyu yanlız fiziki xəstəliklərə deyil, eyni zamanda psixi xəstəliklər zamanı da öz faydasını göstərir. Belə ki, dəniz suyunun tərkibində olan brom, maqnezium və litium depressiya, stress, əsəb xəstəliklərinin müalicəsində əvəzsiz təsirə malikdir. Bu maddələr beyindəki melatonin və seratoninin miqdarını normaya salır və bu səbəbdən də insan özünü rahat və xoşbəxt sayır.
Dənizin suyu saç diblərinin kəpəklənməsinin də qarşısını alır, baş dərisində olan kiçik sızanaqları sağaldır. Bədənin dərisində olan iltihablı sızanaqların sağalmasında da dəniz suyunun faydası böyükdür. Belə ki, 10-15 gün dəniz suyuna girmək insanı dözəl bir dəri sahibinə çevirə bilər.
Dəniz suyu dəridə olan göbələk xəstəliklərini də sağaltmaq qabiliyyətinə malikdir. Bundan başqa diş ağrısı zamanı dəniz suyu ilə qarqara etmək ağrı hissini aradan qaldırır. Buruna dəniz suyu damızdırmaq, lor xəstəlikləri zamanı çox faydalı olur. Tərkibindəki minerallar dəniz suyunun müalicəvi xüsusiyyətini artırır.
Dənizə girmək insanın enerjisini artırır. Dəniz havasını dərindən qoxulamaq qan və hüceyrələrin yenilənməsinə yardımçı olur.


Etiketlər:  Mavi dənizin sehri gözəl dəri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ