Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 15:25
Həyat yoldaşım məndən 6 yaş balacadır. Onun 50 yaşı var, sadəcə, gənc görünür. Ona yaxşı baxıram, cavan görünür.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "ATV maqazin onlarla" proqramında deyib. Aktrisa özündən yaşca kiçik olan həyat yoldaşından danışıb. O bildirib ki, hər kəs onların arasında 29 yaş fərq olduğunu düşünür:
"Məndən cavan görünmür. Mən ondan cavanam. Heç yanımdan harasa gedir ki, qısqanclıq olsun? Bir dəfə hiss etməmişəm ki, hansısa qadına gözünün ucu ilə baxsın. Mənə deyir ki, elə bilirəm 22 yaşın var. Mənim üçün dünyanın ən gözəl, ən gənc qadınısan. Hərdən deyirəm ki, qocalıram. Qayıdır ki, yox, gözəlsən. Bir dəfə deməyib ki, bu nədir geyinirsən, saçın yaraşmır...".
N.Allahverdiyeva seriallara dəvət almamasından söz açıb:
"Bizdə tələbat yoxdur. Dostluq söhbəti var. Kim kimin dostudur, rəfiqəsidir, adamıdır onu çəkirlər. Bu, tələbat deyil. Tələbat xalqın istədiyi aktyorlardır. Gedirlər onunla çəkilirlər, başqasını qoymurlar gəlsin".