Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Siyəzən” toyuqları yeni simada, yeni keyfiyyətdə!

“Siyəzən” toyuqları yeni simada, yeni keyfiyyətdə!

Tarix: 25 Iyul 2019 15:09

Bakı. Trend:

2018-ci ildən etibarən “Siyəzən Broyler” ASC fabriklərində yenidənqurma və bərpa işlərinə başlanılıb. Bunun üçün müəssisə dünyanın aparıcı şirkətlərindən olan Hollandiyanın “VDL Agrotech”, “Meyn” və “Pas Reform” şirkətləri ilə müqavilə imzalanıb. Bundan əlavə, “Siyəzən Broyler” məhsulların qablaşdırmasını da yeniləyib. Beləliklə, "Dadlı Toyuğ"un keyfiyyəti daha da yüksək səviyyəyə qalxıb.

Keçirilən tədbirlər nəticəsində “Siyəzən Broyler” ASC-nin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanıb. Dünya standartlarına uyğun qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş fabrik təyinatına görə respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı statusunu qoruyub saxlayır.

“Siyəzən Broyler” üçün halallıq prioritet məsələ olduğundan, müəssisə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən və JAKIM tərəfindən akkreditasiyadan keçirilmiş KASCERT-ə müraciət edib. Bu təşkilat tərəfindən müəssisəyə baxış keçirilərək Halal auditlər aparılmış heç bir uyğunsuzluq aşkarlanmadığı üçün müəssisə Malayziyanın MS 1500:2009 Halal standartına uyğun olaraq sertifikatlaşdırılıb.

Azərbaycanın şimal şərqində yerləşən “Siyəzən Broyler” ASC 1984-cü ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qurulub. Artıq 34 ildir ki, “Siyəzən Broyler” ASC fabriklərində bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və yüksək keyfiyyətli yemlə bəslənir.

Bakı və Sumqayıt şəhərlərini, həmçinin respublikanın bütün rayonlarını yüksək keyfiyyətli məhsulla təmin edən “Dadlı Toyuq” yeni sima, yeni keyfiyyəti ilə görüşünüzə hazırdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Siyəzən toyuqları yeni simada yeni keyfiyyətdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ