Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2021 17:50
Azad olunan ərazilərdə ola biləcək təhlükəli vəziyyətlərə hazırlıq üçün ordumuz təlim keçirir. Bu, planlı təlimdir və heç kimə yönəlməyib.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. O bildirib ki, azad edilən ərazilərdə ola biləcək terror qruplaşmalarına və quldurlara qarşı mübarizəyə ordumuz hazır olmalıdır:
"Azərbaycan ordusunun zəfərdən sonra keçirdiyi təlimlər ordunun döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Bu təlimlər qarşıda ola biləcək tapşırıqları yerinə yetirmək üçün hazırlıq prosesidir. Çünki ərazi bütövlüyümüz bərpa edilsə də, Ermənistanla aramızda hələlik sülh müqaviləsi yoxdur. Bundan başqa azad edilən torpaqlarımızda bərpa işləri aparıldığı üçün vətəndaşlarımız hələ məskunlaşmayıb. Hələlik boş olan əraziləri isə gələcəkdə terror qrupları və quldurlar çirkin məqsədləri üçün istifadə edə bilərlər. Düzdür, sülhməramlılar orada xidmət edir. Lakin bunun baş verməyəcəyinə heç kim zəmanət vermir. Çünki bu ölkənin daxilindəki xaos ermənilərin təxribat törətməsi ehtimalını hər zaman saxlayır".
Ş. Ramaldanov Ermənistan ordusu ilə Azərbaycanın keçirdiyi təlimlərin eyni vaxta düşməsinə də aydınlıq gətirib:
"Ola bilər ki, Ermənistan daxilində baş verən proseslərə ordusunun hazır olması üçün bu təlimləri keçirir. Həmçinin ehtimal da var ki, onların döyüş proqramında mart ayında təlim keçirilməsi planlaşdırılıb.