Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Instagram-ın “yüngül” versiyası istifadəyə veriləcək

Instagram-ın “yüngül” versiyası istifadəyə veriləcək

Tarix: 15 Mart 2021 20:16

"Facebook" şirkəti tərəfindən istifadəyə veriləcək "Instagram" sosial şəbəkəsinin "yüngül" versiyası zəif internet bağlantısı vaxtı istifadə üçün nəzərdə tutulub. Şirkətin saytındakı məlumata əsasən, "Instagram Lite" adlandırılmış versiya dünyanın 170-dən çox ölkəsində əlçatan olacaq.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, sözügedən mobil tətbiqi "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğuya yükləmək üçün 2 MB tələb olunur. Bu, tam versiya (30 MB) ilə müqayisədə xeyli azdır. Buna baxmayaraq şirkət video izləmə və mesajların göndərilməsi daxil olmaqla əsas funksiyaları saxlayıb.

Xatırladaq ki, 2020-ci ildə "Instagram"ın mobil proqramı dünyada ən populyar tətbiqlərdən biri olub. 2018-ci ildə sosial şəbəkənin aktiv istifadəçilərinin sayı 1 milyard nəfəri ötmüşdü.


Etiketlər:  Instagram yüngül versiyası istifadəyə veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ