Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2021 12:05
Müğənni Aqşin Fatehin Türkiyədə "On10 TV" yutub layihəsində Serkan Aksarın qonağı olarkən "Azərbaycanın Tarkanı" kimi təqdim edilməsi müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bir çoxları ifaçı ilə bağlı paylaşım edərək, onu lağa qoyublar. Bunlar arasında aparıcılar, müğənnilər də yer alıblar.
Aqşin məsələ ilə bağlı video açıqlama yayıb. O, ünvanına təhqir yazan aparıcı və müğənniləri hədələyib. Sənətçi ad çəkməyərək bir çox tanınmışın ünvanına qeyri-etik ifadələr işlədərək, onları təhqir edib:
"Məsələdən xəbərləri olmayan üzdəniraqlar girib mənə təhqir yazırlar. Hətta sənətim olsa belə, özümü bir cinsi azlıqla müqayisə etmərəm. Tarkan yox, dünyanın meqastarı olsa belə onun kişiliyi yoxdursa, dırnağımın çirki ola bilməz. Girib baxıram ki, əxlaqsız qadın ifaçılar, üzdəniraq aparıcılar məni ələ salırlar. Gedin özünüzə yiyəlik edin. Kimin necə olduğunu millət bilir. Hər zaman abrımı gözləmişəm, amma sataşmayın. Hansınız haqda nə məlumat, fakt var, qoyaram sosial şəbəkəyə. Qucaqdan-qucağa gəzib, hansısa məmurların hesabına efirlərdə, sosial şəbəkədə dolanırlar. Onları da yavaş-yavaş təmizləyirlər. Sizin sponsorlarınız vəzifəlilər ola bilər. Amma yetimin də Allahı var".