Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

45 mindən çox fermerə subsidiya ödənildi

45 mindən çox fermerə subsidiya ödənildi

Tarix: 17 Mart 2021 14:20

Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir. Monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə əkin subsidiyası ödənilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə çatıb.

Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini "Fermer kartı" ilə nağdsız ödəmək imkanı qazanıblar.

Milli.Az


Etiketlər:  45 mindən çox fermerə subsidiya ödənildi


RƏYLƏR