Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-fevral aylarında əhaliyə 7,1% çox sosial ödəniş olub

Yanvar-fevral aylarında əhaliyə 7,1% çox sosial ödəniş olub

Tarix: 17 Mart 2021 16:28

Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.


Etiketlər:  Yanvar fevral aylarında əhaliyə çox sosial ödəniş olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ