Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər

Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər

Tarix: 18 Mart 2021 12:58

Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, UEFA Türkiyənin İstanbul şəhərindəki həlledici oyunun boş tribunlar önündə keçirilməsinin əleyhinədir.

Qurum mayın 29-dakı qarşılaşmaya hər iki komandanın azarkeşlərinin, həmçinin yerli tamaşaçıların buraxılmasına nail olmağa çalışır. 1/4 və 1/2 final matçları ilə bağlı analoji istəyi çətinə düşən UEFA bunun finalda reallaşacağına ümidlidir. Amma hələlik stadionun tutumunun neçə faizi qədər tamaşaçının matça buraxılacağı dəqiqləşməyib.

Qeyd edək ki, finalın təşkil olunacağı Olimpiya Stadionunu 80500 tamaşaçı tutur.


Etiketlər:  Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ