Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilər

ABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilər

Tarix: 19 Mart 2021 09:26

ABŞ Prezidenti Co Bayden amerikalı əsgərlərin Əfqanıstandan çıxarılması işini noyabr ayına qədər təxirə salmağı düşünür.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "NBC" telekanalı özəl mənbələrə istinadən məlumat yayıb.

Radikal dini hərəkat olan "Taliban"la razılaşmaya əsasən, ABŞ hərbi qüvvələri may ayının 1-də Əfqanıstandan çıxmalıdır. Məlumata görə, köməkçiləri ilə son məsləhətləşmələr zamanı Bayden ABŞ qoşunlarının Əfqanıstanda təyin olunmuş müddətdən çox qalmasına qarşı çıxsa da, bu müddətin altı ay uzadılması barədə razılığa gəlib.

Mənbə bildirib ki, "Bayden qoşunları Əfqanıstandan çıxarmaq istəyir". Ancaq məsləhətləşmələr zamanı Pentaqon təmsilçiləri müddətin uzadılmalı olduğunu "Taliban"ın ABŞ-la razılığa əməl etməməsi ilə əsaslandırmağa çalışıblar. Son qərar hələlik verilməyib.


Etiketlər:  ABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ