Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda yeni ştamm təhlükəsi - VİDEO

Azərbaycanda yeni ştamm təhlükəsi - VİDEO

Tarix: 19 Mart 2021 13:04

Bu gün Azərbaycanda koronavirusa 933 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər infeksiyanın qurbanı olub. "COVID-19"dan müalicə alan 256 nəfər sağalaraq evə buraxılıb.

Son günlər ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir, bununla yanaşı bu günlərdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin verdiyi məlumata görə artıq Azərbaycanda da koronavirusun Britaniya ştammına yoluxma qeydə alınıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə dünyanın 110-dan çox ölkəsində qeydə alınan yeni ştamm Genetik Diaqnoz Mərkəzində Sars genom analizi edilən üç nümunədə aşkar edilib.

Sonxeber.net Real TV-ə istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, Tibb üzrə elmlər doktoru professor bildirir ki, yeni ştamm pandemiyanın dominant törədicisinə çevrilib və onun əvvəlkindən fərqi yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır.

Akif Qurbanov bildirdi ki, əhalinin 60-70%-də immunitet yaransa virus təhlükəsi azalacaq, bunun üçün də insanlar peyvənd edilməkdən çəkinməməlidirlər.

Müsahibimin sözlərinə görə yoluxma sayında artım olarsa qapanmalar qaçılmaz olacaq. Bunun üçün də insanlar artıq qızıl qaydalara çevrilmiş qorunma vasitələrindən istifadə, əl gigiyenasına düzgün əməl etmə, lüzumsuz təmaslardan çəkinmə və s.-ə ciddi şəkildə əməl etməlidirlər.


Etiketlər:  Azərbaycanda yeni ştamm təhlükəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ