Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşı 13-dək olan uşaqlar üçün “Instagram” sosial şəbəkəsinin yeni versiyası hazırlanır

Yaşı 13-dək olan uşaqlar üçün “Instagram” sosial şəbəkəsinin yeni versiyası hazırlanır

Tarix: 19 Mart 2021 16:12

“Facebook”un tərtibatçıları yaşı 13-dək olan uşaqlar üçün “Instagram” sosial şəbəkəsinin yeni versiyasını hazırlamağa başlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “radiosputnik.ria.ru” saytına istinadən yazır ki, şirkət martın 18-də sosial şəbəkənin yeni versiyasının hazırlanmasını elan edib. İndi “Instagram”ın qaydaları yaşı 13-dən aşağı olan uşaqlara bu sosial şəbəkədən istifadəni qadağan edir.

 

"Biz uşaqlar üçün uyğun olan və onların valideynləri tərəfindən idarə edilən “Messenger Kids”də olduğu kimi əlavə məhsulların hazırlanması üzərində işləyirik” – “Bloomberg” agentliyi “Facebook”un nümayəndəsi Co Osbornun sözlərini sitat gətirib.

 

Emil Hüseynov




Etiketlər:  Yaşı dək olan uşaqlar üçün Instagram sosial şəbəkəsinin yeni versiyası hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ