Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2021 19:54
Koronavirus epidemiyası ilə bağlı sanitar böhran Fransaya təxminən 170 milyard avroya başa gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Fransa dövlət hesablama naziri Olivye Düsso bildirib. O, Senatda dinləmələr zamanı qeyd edib ki, böhrandan çıxmaq üçün dövlət xərcləri, fəaliyyətlərin azalması ilə əlaqədar büdcə itkiləri ümumilikdə təxminən 160-170 milyard avro olub. Ancaq bu, son rəqəm deyil, ölkədə epidemiya və sanitar böhran davam edir. Buna görə hələ bəzi müəssisələri dəstəkləmək üçün təcili dəstək mexanizmləri tətbiq edilməlidir.