Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Homoseksuallıq təbiətdə 1500 fərqli növdə müşahidə edilir

Homoseksuallıq təbiətdə 1500 fərqli növdə müşahidə edilir

Tarix: 20 Mart 2021 19:40

Homoseksuallıq mövzusunda aparılan yeni araşdırmalar, bu cinsi meyilliliyin yayılmasının səbəblərinə yeni bir baxış bucağından baxmağımıza kömək etməkdədir. Homoseksuallığa təbiətdə fərqli canlı növlərində də rastlanması biyologlar üçün olduqca çətin bir sualdır. Ancaq homoseksual seks daxilində kəşfedilən yeni bir fayda bu davranışın təkamül müddətində necə qorunduğuna dair bizə bilgi verə bilər. Meyvə milçəkləri üzərində aparılan araşdırma zamanı, eyni cinsiyətdən olan fərdlərin cütləşmə davranışının irsi ola biləcəyi və bu davranışa səbəb olan genlərə sahib dişilərin daha yüksək çoxalma potansiyalına sahib olduğu müəyyənləşdirildi. Bilindiyi kimi daha çox çoxalma potansiyalı təkamül baxımından bir üstünlük deməkdir. Təkamül baxımından üstünlüyə sahib olmaq isə bu meyilliyin populasiya içərisində qorunması üçün çox vaxt yetərli bir səbəbdir.

Sonxeber.net yasilelm.com-a istinadən bildirir ki, bir xüsusiyət vəya davranış əgər bir organizmanın çoxalma uğurunu azaldırsa, o xüsusiyətin təbii seçim yoluyla qorunmasını gözləmək mənasızdır. Təkamül müddətində o xüsusiyət və ya davranış yox olacaqdır. Nəticədə təkamül olaraq adlandırdığımız bu prossesdə həyatda qalabilməyimizin tək yolu genlərimizi bir sonraki nəslə ötürə bilməkdir. Əgər belədirsə, eyni cinsiyətdən olub bir-biri ilə seks edən, ancaq çoxalabilməyən niyə bu qədər çox sayıda növ vardır?

Təbiətdə 150 növdə homoseksuallıq müşahidə edilir

Elm adamları mövzuyla əlaqəli apardıqları birçox fərqli araşdırmanın nəticəsində teorik və praktik çalışmalara  əsaslanaraq homoseksual  davranışlarının səbəbləri haqqında iki hipotez ortaya atdılar: Həddindən artıq dominantlıq və Cinsi zidlik (antagonizm)

Bunlardan ilki, homoseksual davranışlarının populyasiya içərisində çox görülməsi üçün bu davranışlara səbəb olan genlərin heteroziqot olaraq görülməsinin homoziqot olaraq görülənlərə nisbətən daha avantajlı olduğunu ifadə edir. Yəni homoseksuallığa səbəb olan genlərin 1 kopyasını daşıyan fərdlər iki kopyasını da daşıyanlara nisbətən daha avantajlı olmalıdırlar.

İkinci açıqlama isə, cinsiyətlərdən bir dənəsi üçün çoxalma baxımından dezavantajlı olan bir genin digər cinsiyət üçün avantajlı olması halında populyasiya içərisində qoruna biləcəyini irəli sürür. Yəni məsələn homoseksuallıq bir növün erkəklərinə zərər verə bilər, ancaq əgər ki, o növün dişilərinə fayda verirsə bu təkamül baxımından yetərli olmaqdadır.

Bəs bu iki açıqlamadan keçərli olan hansıdır?

Bunlardan hansı nəslin davamlılığını risk altında buraxırmış kimi görünən homoseksuallıq davranışının populyasiya içərisindəki yayqınlığını daha yaxşı açıqlaya bilər? Edilən son araşdırmaşda St. Andrews Universitetindəki elm adamları tərəfindən seçilən metod bir sıra genetik və davranış testini əhatə etməkdədir.  Əvvəlcə daxili mələzlənmə (qohumlar arası cütləşmə) ilə ortaya çıxan meyvə milçəklərini incələyərək homoseksuallığa səbəb olan genləri müəyyənləşdirməyə çalışdılar.

Bunu edə bilmək üçün erkək meyvə milçəklərinin genomlarını analiz etdilər və onların digər erkəklərə necə davrandığını müşahidə etdilər. Bu incələmə nəticəsində erkəklərin digər erkəklərlə cütləşmək üçün cilvə edib etmədikləri, edirlərsə də hansı sıxlıqla etdikləri kimi xüsusiyətlərə baxıldı. Bu cilvə davranışları əsnasında yalama, mahnı oxuma və cinsiyət orqanlarını təmas etdirmə kimi davranışlar  yer alırdı. Buradan əldə edilən məlumatlardan hansı genlərə sahib olan milçəklərin daha çox homoseksual davranışlar göstərdiyini anlamaq üçün istifadə edildi.

Araşdırmanın son mərhələsində isə milçəklər fərqli kombinasiyalarda cütləşdirildi və doğulan balaların genetik məlumatı ilə birlikdə davranışları da incələndi. Daha spesifik olaraq mütəxəssislər, daha yüksək cinsi davranışlar göstərən nəsil xətlərindən gələn dişilərin çoxalma müvəffəqiyətinin artıb artmayacağını görmək istəyirdilər.

Edilən dəqiq araşdırmalar nəticəsində mütəxəssislər yüksək dominantlıq hipotezinin biraz daha ön plana çıxdığı nəticəsinə çatdılar. Təəssüf ki, sadəcə bu nəticələr bu iki hipotezdən birinin keçərli, digərinin isə tamamən keçərsiz olduğunu elan etməyə yetərli olmadı. Əslində bu təcrübənin nəticələrini dərinləməsinə irdələyən elm insanları iki mexanizmanın da homoseksuallığa səbəb olan davranışların altındakı genlərin populyasiya içərisində qalabilməsində rol oynayabiləcəyini düşünürlər.

Ancaq bu bəhsi keçən çalışmanın ən həyəcan verici nəticəsi deyildi!!! Daha yüksək homoseksual davranışlar göstərən nəsillərdən gələn erkəklərin dişi balaları daha çox çoxalma qabiliyətinə malik idi. Bu da homoseksuallığa səbəb olan genlərin erkəklərə zərər versə belə dişilərdə çoxalma müvəffəqiyətini artırmasından ötürü canlı növlərində qorunmuş olabiləcəyini göstərməkdədir.

Homoseksual fərdlər necə uşaq sahibi olabilər ki?

Homoseksual fərdlər (sadəcə insanlar deyil digər heyvan növləri də daxil) 100% müəyyən bir cinsi meyilliliyi davam etdirmək məcburiyətində deyillər. İnsanlarda isə vəziyət biraz daha başa düşülə biləcək vəziyyətdədir. Əgər homoseksual fərdlər çoxalmaq istəsələr bundan cinsi həz duymazlar (ya da çox az duyurlar) belə biyoloji olaraq çoxala bilərlər. Əlavədən sperma bağışlama, süni mayalanma, uşaq evlərindən uşaq sahiblənmə kimi çox sayıda metod da mövcuddur.

Həm insanlarda həm də heyvan növlərində homoseksuallıq cinsi əlaqədən 100%  uzaq durmaq mənasına gəlmir. Yüksək ehtimal ki, homoseksuallıq bir çox fərqli genin və inkişaf xüsusiyətinin birləşməsindən ortaya çıxmaqdadır. Beləliklə biseksual olaraq bilinən insanlar (hər iki cinsə də eyni dərəcədə cinsi meyillilik hiss edən fərdlər) homoseksuallığın populyasiya içərisində qorunmasına ciddi mənada kömək edir.  İnsan populyasiyası 100% heteroseksual insanlardan ibarət deyil. Və birçox insan qəbul etsə də etməsə də hər iki cinsə qarşı bərabər dərəcədə meyillilik hiss edir. Bu nəticəyə əlbəttə ki, bir toplumu biyoloji və davranış baxımından incələsk çata bilərik. Bunlar bizim gözümüzdən qaçabilər, ancaq heç vaxt təkamül prosesinin dəqiq mexanizmasından qaça bilməz.

Hər nə qədər sosial və psixoloji  baxımdan qəbul etməkdə çətinlik çəksək də homoseksuallar var və növümüz (Homo Sapiens) var olduğu müddətcə də var olmağa davam edəcəklər.


Etiketlər:  Homoseksuallıq təbiətdə 1500 fərqli növdə müşahidə edilir


RƏYLƏR