Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 17:55
"Söylemezsem Olmaz" proqramının aparıcısı Seren Serengil uzun müddətdir "Dumping" sindromundan əziyyət çəkir.
Sonxeber.net Axşam.az-a istinadən bildirir ki, 2016-cı ildə mədə kiçiltmə məliyyatı keçirən Seren, sürətlə arıqlamağa başlayıb. Bir müddət əvvəl aparıcı yaxşı olduğunu və çəki aldığını desə də, yenidən 46 kiloqrama düşdüyünü açıqlayıb.
Bu haqda sosial media hesabında məlumat verən Seren paylaşımına bunları yazıb:
"Son 2-3 gündür xəstəliyim yenidən təkrarlanır. Çəkim azalaraq 46 kiloqrama enib. Hər dəfə yeməkdən sonra başım fırlanır, halım pisləşir və ürəyim bulanır".