Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2021 16:00
Millimizin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun hakimləri açıqlanıb.
Sonxeber.net UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Daniel Zibert oyunun baç hakimi olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.