Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2019 10:28
Bakı. Trend:
Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideyalarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb və idman dünyasının kifayət qədər əhəmiyyətli tədbirlərindən sayılır.
Belə bir möhtəşəm festivala ev sahibi kimi Azərbaycanın seçilməsi də beynəlxalq aləmdə ölkəmizə verilən yüksək dəyərin ifadəsidir.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan idman sahəsində əsas beynəlxalq sənədlərə qoşulub: “Azərbaycan gəncliyinin Beynəlxalq Gənclər Hərəkatına inteqrasiyası sahəsində də böyük uğurlar əldə edilib. Respublikamızdakı gənclər təşkilatları BMT, UNESKO, Avropa Şurası, Avropa Birliyi və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər. Bu tədbirlərin bir qismi də Bakıda təşkil olunur”.
A.Rəhimov qeyd edib ki, 2017-ci il sentybarın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” təsdiq edilib.
Nazirin sözlərinə görə, Dövlət Proqramının əsas məqsədi respublikamızda gənclər siyasətini daha da səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin