Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pornoaktrisalığı seçən ulduz ərə gedir

Pornoaktrisalığı seçən ulduz ərə gedir

Tarix: 23 Mart 2021 08:58

Keçmiş "Disney" ulduzu və pornorejissor Bella Torn italyan müğənni Benjamin Maskolo ilə evlənəcək.

Artist bu barədə özünün "Instagram" hesabından bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, "hekayə" bölümündə bəy tərəfindən bağışlanan nişan üzüyünü nümayiş edib.

23 yaşlı Torn və 27 yaşlı Maskolo iki ilə yaxındır ki, münasibətdədirlər. Müğənni toyun qısa müddətdə olacağını, mərasimin isə İtaliya və ABŞ-da qeyd olunacağını açıqlayıb.

Maskolo isə "Instagram" hesabında nişanın təşəbbüskarının özü olduğunu vurğulayıb.

Qeyd edək ki, 2019-cu ildə Bella Torn "USA Today" tərəfindən ən qalmaqallı amerikalı məşhurlardan biri seçilib. Elə həmin ilin yayında o, "Her & Him" adlı qısametrajlı pornoqrafik filmlə rejissorluqda debüt edib.

Bella Torn "Disney"in "Shake It Up" serialı ilə məşhurlaşıb.

Milli.Az


Etiketlər:  Pornoaktrisalığı seçən ulduz ərə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ