Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi''

''Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi''

Tarix: 26 Iyul 2019 12:04

"Arsenal" ön xətdə kompakt oynamadı, hücumlar xaotik alınırdı və nadir hallarda qapıya zərbə olurdu. Fasilə ərəfəsində buraxılan qol isə üzücü oldu". 

Qol.az xəbər verir ki, bu sözləri rusiyalı məşqçi Aleksandr Bubnov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin Tula "Arsenal"ına səfərdə qalib gəldikləri (1:0) oyun haqda danışarkən deyib.


Veteran futbolçu yerli mətbuata açıqlamasında "Neftçi"nin daha üstün futbol sərgilədiyini bildirib: "Qonaqların əks-hücumu zamanı "Arsenal"ın müdafiəçiləri daha çox olurdu. Ancaq onlar rəqibin hücumçularını dayandıra bilmədilər. “Neftçi” hesabda önə keçdikdən sonra oyuna inamla nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. "Neftçi"nin heyətində bir sıra texnikalı futbolçular var. Qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi".

64 yaşlı mütəxəssis "Neftçi"nin cavab matçında da favorit olacağını əlavə edib: "Cavab görüşü öncəsi Azərbaycan komandası aşkar favorit görünür. “Arsenal”ın növbəti mərhələyə keçməsi asan olmayacaq. Amma bu, imkansız deyil. Əgər səfərdə erkən qol vurub, əks-hücumlarda dəqiq oynayıb, standart vəziyyətlərdən istifadə edilsə, hər şey mümkündür. 0:1 sürüşkən hesabdır”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Bakıda, "Bakcell Arena"da keçiriləcək.
 


Etiketlər:  Bəxtimiz gətirməsəydi Neftçi daha böyük hesabla qalib gələrdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ