Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2021 21:12
Dünyada insanların birinci ölüm səbəbi olan ürək-damar xəstəliklərinin yaranmasında təkanverici faktorlardan biri də sidik turşusudur.
Məhz sidik turşusu yüksək təzyiq, infarkt, insult, böyrəklərin sıradan çıxmasına belə səbəb ola bilər.
Sonxeber.net bədəndə sidik turşusu norması, onun yüksəlməsinin qarşısını almağın yollarını təqdim edir.
Kişilərdə sidik turşusunun qanda miqdarı 400 mkmola qədər, qadınlarda isə 360-dan az olmalıdır. Bundan yuxarı olduqda bu hal artıq hiperurikemiya adlanır və çox təhlükəlidir.
Sidik turşusunun artmasının səbəbləri:
- Onun mübadiləsinin, orqanizmdən çıxarılmasının pozulması
- Qidalanmada purinlə zəngin yeməklərin çoxluğu - qaraciyər, mal əti, çay, kofe, paxlalılar, souslar, göbələk
- Bəzi dərman preparatları - sidik qovucular
- Alkoqol, içkilər
- Piylənmə
- Qaraciyər və böyrəklərin xəstəliyi
- Şəkərli diabet
- Onkoloji xəstəliklər
Sidik turşusunun qanda cəmi 1% yüksəlməsi arterial təzyiqi 15% qaldırır.
Sidik turşusunun qanda artımı ürəyin ritmini pozur, nəbzi sürətləndirir, xolesterini qaldırır, miokard infarktına səbəb olur.
Uzun müddət sidik turşusu çoxluğu podaqra yaradır, müxtəlif orqanlarda kristalların yığılması və fibrozuna səbəb olur. Böyrək və sidik yollarında daş yaradır.
Sidik turşusu damarların endotelini zədələyir, damarların içini daraldır, böyrəklərin funksiyasını pozur.
Arteriyalarda ateroskleroz, ürəyin işemik xəstəliyini aktivləşdirir.
Ona görə də ürək xəstəliklərinin müalicəsində sidik turşusunun miqdarı nəzərə alınmalıdır. Qanda sidik turşusunun miqdarını müntəzəm olaraq yoxlatmaq lazımdır. /medicina.az