Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 07:52
Yeni texnologiya ekranlara nəm barmaqlarla və ya hətta su altında toxunuşları tanımağı öyrədəcək.
Standart tutumlu ekranlar cərəyankeçirici obyektlərə reaksiya verirsə, yeni ekran ona toxunuş təzyiqini aşkar edəcək. Yalnız bu, 3D Touch texnologiyasında olduğu kimi ekrana bərk basmaq lazım olmayacaq, ekran ən yüngül toxunuşu belə aşkar edir. Beləliklə, smartfon su altında və ya yaş əllərlə də toxunuşları aşkar edə biləcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple-ın bu patenti, həmçinin kalibrləmə üçün xüsusi alqoritm təqdim edir ki, onun köməyi ilə ekran, bunun barmaq toxunuşu, yoxsa su səbəbindən sensor qatında çatışmazlıq olduğunu dəqiq təyin edə bilər. Buradan belə nəticə çıxır ki, zaman keçdikcə smartfon istənilən şəraitdə toxunuşları daha dəqiq tanımağı öyrənəcək.
Gələcəkdə iPhone-larda sualtı video çəkmək kimi daha maraqlı funksiyaların inkişaf etdiriləcəyi çox gözləniləndi.