Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 09:46
10-cu Osmanlı padşahı Qanuni Sultan Süleymanın nadir portretlərindən biri "Sothebi" hərrac evində satışa çıxarılacaq.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 16-cı əsrə aid olan əsər mis üzərində çəkilib. Martın 31-də hərraca çıxarılması planlaşdırılan portret 60 min funt sterlinqə (təxminən 142 min manat) satışa qoyulsa da, onun 120 min funt sterlinqə (təxminən 284 min manat) qədər çatacağı da ehtimal edilir.
Qeyd edək ki, "İslam Dünyası və Hindistan Sənəti" adı altında keçiriləcək hərracda qədim dini kitablar, xalçalar və bəzək əşyalarının satışı planlaşdırılır.