Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərini qocaldan beş vərdiş

Dərini qocaldan beş vərdiş

Tarix: 25 Mart 2021 16:03

Tanınmış həkim-aparıcı Yelena Malışeva dəriyə "ölümcül" təsir göstərən pis vərdişləri açıqlayıb.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, ilk növbədə yuxudan əvvəl dərinin təmizliyinə fikir vermək lazımdır. İş burasındadır ki, yalnız dəri tam təmiz olduqda hüceyrələr gecə vaxtı bərpa olunur və yenilənir.

"Çirk, dərinin öz yağı və təmizlənməmiş kosmetika məsamələri bağlayır, akne əmələ gəlməsinə səbəb olur, dəri quruyur", - həkim deyib.

Siqaret çəkmək dəridə qan dövranını azaldır, bu səbəbdən dəri oksigen və digər qidalandırıcı maddələrdən məhrum olur. Siqaretlərdəki zəhərli maddələr dərinin elastikliyini məhv edir.

Günəş kremlərindən gündə ancaq bir dəfə istifadə etmək də dəridə problem yarada bilir. Malışeva deyir ki, onu ilin hər fəslində, hər dəfə küçəyə çıxanda (gündə bir neçə dəfə olsa da) çəkmək gərəkdir. 

Şirniyyat həvəskarlarının dərisi də, sən demə, elastikliyini və hamarlığını tez itirir, Günəş şüalarına qarşı həssas olur. 

Dəri üçün zərərli olan daha bir vərdiş - aknelərin səhv müalicəsidir. Onları sıxarkən yerində çapıq qala, ya da infeksiya düşə bilər. Onlarla benzoilperoksid və salisil turşusu ilə mübarizə aparmaq tövsiyə olunur. 


Etiketlər:  Dərini qocaldan beş vərdiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ