Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Tarix: 25 Mart 2021 22:24

Huawei şirkəti adi istifadəçilər arasında HarmonyOS əməliyyat sisteminin istifadəyə verilməsinə hazırlaşır. İnternetdə artıq yaxın zamanda sözügedən əməliyyat sistemini ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb. Bundan əlavə olaraq insayderlər yaxın gəlcəkdə hansı smartfonların HarmonyOS-i əldə edəcəkləri barəsində məlumatlar da veriblər. Beləliklə verilmiş məlumata əsasən gələn ay HarmonyOS növbəti smartfonlarda istifadəyə veriləcək:

Huawei Mate X2, Mate 40, Mate 40 Pro, Mate 40 Pro+, P40, P40 Pro və P40 Pro+. Daha sonra əməliyyat sistemi EMUI 11 və Magic UI 4 istifadəçi interfeysləri vasitəsilə çalışan smartfonlarda istifadəyə veriləcək. Bundan əlavə olaraq EMUI 10.1 və Magic UI 3.1 interfeysləri vasitəsilə çalışan cihazların da HarmonyOS-i əldə edəcəkləri gözlənilir. Bu smartfonlar siyahısına Huawei Nova 7 SE, Honor 30S, Honor X10 və s. modellər daxildirlər.

İnayderlər bildiriblər ki, MediaTek prosessorları vasitəsilə çalışan smatfonlar yeni əməliyyat sistemini əldə etməyəcəklər. İstisna olaraq yalnız Honor V40 smartfonu çıxış edəcək. Qeyd etmək lazımdır ki, bu smartfon Honor brendinin Huawei tərkibindən çıxaraq müstəqil şirkətə çevrilməsindən sonra təqdim olunmuşdu. Məlumata əsasən bu il ümumilikdə 300 milyon cihaz HarmonyOS-i əldə etməlidir. Bura smartfonlar, planşetlər, smart saatlar, avtomobil sistemləri və ağıllı məişət texnikası daxildir.

Milli.Az


Etiketlər:  HarmonyOS i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ