Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dietoloq kişilər üçün ən zərərli məhsulu seçdi

Dietoloq kişilər üçün ən zərərli məhsulu seçdi

Tarix: 26 Mart 2021 23:48

Qastroenteroloq, dietoloq və kulinariya blogeri Nuriya Dianova mayonezin zərərlərindən söz açıb.

Sonxeber.net xəbər verir ki, dietoloq hər kəsi, xüsusilə kişiləri bu zərərli məhsuldan uzaq durmağa çağırıb:

"Bayramlarda masanın üstündəki ən zərərli məhsul mayonez salatlarıdır. Kişilərimiz artıq kökəlir, çox stress yaşayırlar. Bu cür məhsullar bədənə faydalı heç nə vermir. Ancaq həqiqətən istəsəniz, salatları heç olmasa xama ilə hazırlayın, mayonezlə deyil", - Dianova bildirib.

Dietoloq Anqelica Dyuval isə yeməklərlə birlikdə meyvə şirələri və qazlı sular içməməyi tövsiyə edib. O bildirib ki, bu sokların içərisindəki şəkər miqdarı bağırsaqlarda fermentasiyanı stimullaşdırır, yəni qarın boşluğunda meteorizm baş verə bilər ki, bu da mədədə ağırlıq və həzm pozğunluğuna gətirib çıxarıb. (publika.az)


Etiketlər:  Dietoloq kişilər üçün zərərli məhsulu seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ